Elza Seyidcahan iki tanınmış şairi məhkəmə ilə hədələdi

Əməkdar artist Elza Seyidcahan Xalq şairi Sabir Rüstəmxanlını və Baba Vəziroğlunu məhkəmə ilə hədələyib. O, bu barədə “Show time” verilişində bildirib. “Böyük şairlərimiz “Tikim sizin ağzınızı” şeirinin dərinliyinə varmadılar. Çəkinmədən onların adlarını açıqlayacağam. Sabir Rüstəmxanlı ilə Baba Vəziroğlu. Onların adını niyə çəkirəm? Çünki onların mənə qarşı etirazlarını gördüm. Mən bu şeiri yaratmışam, oturmuşam evimdə. Görürəm ki, mənə söz göndərirlər ki, Elza bunu düz etmir. Mən də onları məhkəməyə vermirəm, özlərinə cavab verirəm. Amma mənim ixtiyarım var ki, onları məhkəməyə verim. Mənim yaradıcılığımda qüsur yoxdur. Əslində, yaradıcılıq odur ki, küt beyinləri açır. Yoxsa o qədər toz basmış kitablar var ki... Deyirlər ki, mənim şeirim söz yığınıdır. Əgər söz yığınıdırsa, sizi niyə bu qədər düşündürür? Eybi yoxdur, siz mənim şeirimə gülə bilərsiniz. Gülənlərə demək istəyirəm ki, mən sizi döyə-döyə yox, sevə-sevə tərbiyə edirəm”, - deyə o bildirib.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top