Məktəbə getməyən 10 yaşlı qız instituta daxil oldu

Çinin Xenan vilayətinin Şantsyu şəhərində Çjan İven adlı 10 yaşlı qız Texnologiya İnstitutuna qəbul olub.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o, qəbul imtahanlarında 353 bal toplayıb və İnformatika, elektron mühəndislik fakültəsinə qəbul edilib.

Ç. İven institutda yaxın üç il ərzində təhsil alacaq. Qız heç vaxt məktəbə getməyib, onu valideynləri öyrədiblər. Ç. İven ikinci cəhddən instituta daxil ola bilib. Ötən il o, cəmi 172 bal toplayaraq müsabiqə mərhələsinə buraxılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top