İLLƏR SONRA daha bir neçə türk filmində SƏHVLƏR üzə çıxdı FOTOLAR

İllər öncə çəkilmiş və dəfələrlə Türkiyə telekanallarından izlədiyimiz daha bir neçə türk filmində yeni səhvlər üzə çıxıb.

1. Baş rollarında Şener Şen və İlyas Salmanın rol aldığı türk kinosunun əfsanələri arasında adıçəkilən "Çiçək Abbas" filmindəki xətanın illər sonra fərqinə varılıb.

Fotoda gördüyünüz bu kadrda Ayşən mikroavtobusa minir, lakin sevdiyi şəxslə yolçuluq səhnəsində içəridə görünmür.

2. Cüneyt Arkının baş rolunu oynadığı 1971-ci ildə çəkilmiş "Malkoçoğlu ölüm fədailəri" filminin bir səhnəsində arxa planda yük maşını görünür. Filmin montajında bu avtomobil diqqəti cəlb etməyib və belə də yayınlanıb.

3. "Hababam sınıfı" filminin eyni səhnələrindəki kadrlarda çöldə gah gecə, gah da gündüz olduğu görünür.

4. 1978-ci ildə çəkilmiş, baş rolda Kamal Sunalın oynadığı "İyi aile çocuğu" filminin bir kadrında da illər sonra səhv aşkarlanıb. Belə ki, filmin qəhrəmanı adamları kassaya salır, lakin sonradan bir əl kadra girir və qapı açılmasın deyə əli ilə tutur. Ani görüntüdəki bu səhv də rejissorun diqqətindən yayınıb.

5. 1976-cı ildə çəkilmiş "Gülşah küçük anne" filmində Ayşen evə girdiyi zaman aynadan operator kadra düşür və rejissor bunun fərqinə varmır.

6. "Tarkan Viking Kanı" filmində dənizin içində çəkildiyi bilinən səhnələr əslində İzmirdə bir otelin hovuzunda çəkilib. Lakin filmdə bir neçə kadrda hovuzun divarları və düşüb-çıxmaq üçün istifadə edilən "nərdivan" görünür.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top