Ermənistanda Emin Ağalarovun telekanalına qadağa qoyuldu

Müğənni-bəstəkar Emin Ağalarovun rəhbəri olduğu “Jara TV”nin Ermənistanda yayımı dayandırılıb. Bu barədə “Beat Group”un mətbuat xidməti xəbər yayıb. Sentyabrın 1-dən sözügedən kanal Ermənistanda qadağan edilib. Müxtəlif televiziyalarda göstərilən “Jara”dan Ermənistan narahatlıq keçirib. Ölkə rəsmiləri “Jara TV”nin Azərbaycanı təbliğ etdiyi üçün bloklandığını bildirib. Qeyd edək ki, kanal bir çox MDB ölkələrində yayımlanır.Axsam.az

DİGƏR XƏBƏRLƏR

Top