"Euronews"​: Tar ifa edildiyi zaman sonsuzluğu simvollaşdırır

“Səssiz olduğu zaman onun görünüşü 8 rəqəmini xatırladır. İfa edildiyi zaman isə sonsuzluğu simvollaşdırır. Bu musiqi aləti tar adlanır. Tar, ud və rübab ilə eyni ailədən gəlir və onun qoşa ürəyi milyonlarla ürəyi birləşdirir”.

"Yeniavaz.com" xəbər veri ki, bu sözlər "euronews" kanalının müxbiri Aurora Velezin tar haqqında hazırladığı sujetdəndir. Sentyabrın 5-də yayımlanan sujetdə bildirilir ki, 11 simli müsiqi aləti tar, Qafqazın ən məşhur musiqi alətidir.

Aurora Velez Şəkidə olub və bu barədə azərbaycanlı tar ustasından eşidib. Sözügedən sujetdə bildirilir ki, tar xüsusi texnika ilə ağaclardan oyma üsulu ilə düzəldilir. Əvvəllər yalnız beş və ya altı simli olub. XIX əsrdə isə tarın simlərinin sayı 11-ə çatdırılıb. Sujetdə o da vurğulanır ki, beş il bundan öncə, tar YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin nümayəndələr siyahısına daxil edilib.

Elvin Əliyev

DİGƏR XƏBƏRLƏR

Top