Namiq Qaraçuxurlu: "Neçə ildir gözləyirik, hələ bir şey yoxdur"

Meyxanaçı Namiq Qaraçuxurlu gənc ifaçıları tənqid edib. “ATV maqazin onlarla” verilişinə açıqlama verən ifaçı bu sözləri deyib:

“Faiq Ağayev və o səviyyədə olan sənətçilərə yaxşı mənada ürəyim ağrıyır. Çünki meydanda elə adamlar var ki, biabırçılıqdır. Mənim hələ uzun illər təcrübəm yoxdur, xalq artisti deyiləm, belələrindən qaçıram. Görün, onlar nələr çəkir. Sanki qapılar açılıb, sənətə aidiyyəti olmayan adamlar birdən-birə gəlib sənətçi olublar. Acınacaqlıdır. Sözüm peşəkar insanlaradır: qətiyyən dayanmaq olmaz, meydan lazımsız adamlara verilməməlidir. Düşünürəm ki, o lazımsız adamlar da nə vaxtsa öz yollarına gedəcəklər. Amma neçə ildir gözləyirik, hələ bir şey yoxdur. Peşəkarlar onları rəndələməlidirlər. İstər jurnalistlər, istər televiziya işçiləri ağı qaradan seçməlidirlər. Peşəkarları elələrinə qurban vermək olmaz”.lent.az

DİGƏR XƏBƏRLƏR

Top