İnfarkt riskini azaldan yeni dərman


Britaniyalı mütəxəssislər infarkt riskini azaldan dərman kəşf ediblər. 4 il ərzində 40 ölkədə 10 min xəstənin üzərində aparılan araşdırma zamanı antienflamatuar dərmanların infarkt riskini azaltdığı məlum olub. Mütəxəssislər araşdırmaların müsbət nəticə verdiyini bildiriblər. Bu dərmanlardan istifadə edən xəstələr arasında infarkt riski 15 faiz azalıb. İngiltərə Ürək Vəqfi bu araşdırmanın nəticələrinin müsbət olduğunu və kəşf edilən yeni preparatın xəstələrə yaxşı təsir göstərdiyini bildirib.Trend

DİGƏR XƏBƏRLƏR

Top