"Virtual dünya"da ən çox istifadə olunan dillər İNFOQRAFİKA

Dünyadakı mövcud internet istifadəçilərinin 1/4-dən çoxu ingilis dilindən istifadə edir. "Yeniavaz.com" İnternetdən İstifadə üzrə Beynəlxalq Statistika Təşkilatının (İnternet World Stats - İWS) açıqladığı sonuncu hesabata istinadən bildirir ki, hazırda dünyada 3 milyard 739 milyon 698 min nəfər internet istifadəçisi var və onların 952 milyonu və ya 25,5%-i ingilis dilindən istifadə edir. İngilis dilindən sonra "virtual dünyada" ən çox çin dilindən istifadə olunur. İnternetdə bu dildən istifadə edənlərin sayı 763 milyona və ya ümumi istifadəçilərin 20,4%-nə bərabərdir. 3-cü sırada ispan dili qərarlaşıb və bu dildən istifadə edənlərin sayı 294 milyon olub və ümumi istifadəçilərin 7,9%-ni təşkli edib. İlk onluğa daxil olan dillər arasında ərəb (173 milyon və ya ümumi istifadəçilərin 4,6%-i), portuqal (155 milyon - 4,1%), indoneziya və malay (155 milyon - 4,1%), yapon (118 milyon - 3,2%), rus (105 milyon - 2,8%), fransız (101 milyon - 2,7%) və alman (84 milyon - 2,2%) dilləri yer alıb. Ümumilikdə adlarını qeyd etdiyimiz 10 dildən istifadə edənlərin sayı 2 milyard 740 milyon olub. Digər dillərdən istifadə edənlərin sayı isə 839 milyona və ya ümumi istifadəçilərin 22,5%-nə bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top