Bunu eşitdikdən sonra oteldə elektrik çaydanlarından istifadə etməyəcəksiniz

Sidney sakini Qay Blomberq sosial şəbəkələrdə onu izləyənlərə otellərdəki elektrik çaydanlarında nə vaxtsa alt paltarı qaynadıb-qaynatmadıqları barədə sual verib. Blomberq deyib ki, o, özü bunu etməsə də, bir çox səyyahlar çirkli alt paltarı problemini məhz belə həll edir.

Blomberqin izləyiciləri suala cavab verməsələr də, mehmanxanalardakı çaydanlardan bir daha istifadə etməyəcəklərinə söz verib. "Metro" nəşri təsdiq edib ki, həqiqətən də, bəzi insanlar öz alt paltarlarını çaydanlarda yuyur. Çinin "Weibo" sosial şəbəkəsində bu barədə müzakirələr yer alıb.

Molekulyar bioloq Xizer Hendriksonun sözlərinə görə, qaynatma bir çox mikrobları məhv edir, lakin bəziləri sağ qalır.

Yüksək hərarətə tab gətirən bəzi mikroblar var ki, onlar suda az miqdarda qalır. Bioloqun sözlərinə görə, alt paltarı qaynadılan çaydandan su içərək, hər hansısa bir xəstəliyə yoluxmaq riski azdır, lakin hər şey alt paltarı sahibinin səhhətinin vəziyyətindən asılıdır.

“Digərlərinə hörmət edərək, bunu etməyin”, - deyə Hendrikson bildirib. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top