Uşaqlarınıza ayaqqabı alarkən bunlara DİQQƏT EDİN

Bu gün şəhərimizin uşaq mağazalarında satılan keyfiyyətli ayaqqabıların çoxu ortopedik funksiya daşıyır. Övladının sağlam inkişafını hərşeydən üstün tutan valideynlər isə körpəsinin ilk addımlarında bu tip ayaqqabılara üstünlük verir. Bəs uşaqlara ortopedik ayaqqabı geyindirmək nə dərəcədə doğrudur? Ümumiyyətlə, buna ehtiyac varmı? Balacalarımıza ayaqqabı alarkən nələrə önəm verməliyik?

Cənab Alombik İv uşaq ayaqqabılarının düzgün seçimi haqda tövsiyələrini bizimlə bölüşüb.

Alombik İv: Uşaqlara həkim məsləhəti olmadan ortopedik ayaqqabı almağı ilk dəfə sizdən eşidib, təəccübləndim. Ümumiyyətlə, bu, böyük səhvdir. Sağlam uşaqlara ortopedik ayaqqabı geyindirmək qadağandır. Sizə elə gəlir ki, o, balacanın addımlarını tənzimləyir. Əslində isə oynaqların təbii hərəkətinə və ayaq sümüklərinin böyüməsinə mane olur və nəticədə, uşağın pəncəsinin strukturu dəyişir.

Bütün orqanların sinirləri isə ayağın altında yerləşir. Pəncənin yanlış inkişafı bütün vücuda mənfi təsir edir. Mağazalarda ortopedik ayaqqabı adı ilə baha qiymətə satılan ayaqqabıların isə səhiyyə ilə əlaqəsi yoxdur. Çünki uşağınızın ayağında yaranan qüsuru təyin edib ona uyğun xüsusi ayaqqabı tikilməlidir. Bu isə çox vaxt boğazlı çəkmələr olur ki, uşaq onu geyinərkən bir müddət ciddi əziyyət çəkir.

Azyazlı uşaqlarımıza ayaqqabı seçimi edərkən nələrə önəm verməliyik?

Alembik İv: Bəzən valideynlər düşünür ki, uşaq gəzməyə başlayan kimi ona qalın materialdan olan uzunboğaz çəkmə geyindirmək lazımdır ki, tez-tez yıxılmasın. Bu, çox yanlış fikirdir. Övladlarınızın ilkin yaş dövründə alınan çəkmələrini birinci əlinizlə əyin. Onun daban hissəsi elastik olmalı, rahat əyilib-açılmalıdır. Çalışın 1 və ya yarım ölçü böyük ayaqqabı alın. Bundan əlavə seçim edərkən təbii dəri material üzərində dayanın. Hər mövsümdə bir neçə ayaqqabı almaq yerinə birini, lakin keyfiyyətlisini alın. Çalışın, bir övladınızın ayaqqabısını digərinə geyindirməyin. Çünki uşaq addımları, duruşu ilə ayaqqabını özünə uyğun formalaşdırır. Digər azyaşlı artıq istifadə edilmiş çəkmələri geyinən zaman ayaq forması artıq strukturu dəyişilmiş ayaqqabıya görə təhrif oluna bilər. Bu zaman o digər uşağın ayağındakı qüsurları təkrarlaya bilər.

Əziz valideynlər, ümid edirik ki, bu tövsiyələr balacalarınıza ayaqqabı seçimi edərkən işinizə yarayacaq.

DİGƏR XƏBƏRLƏR

Top