MANAT - dollar qarşısında ən çox dəyərdən düşən valyuta İNFOQRAFİKA

Son 3 il ərzində region ölkələrinə məxsus milli valyutalar arasında dollar qarşısında ən çox ucuzlaşan Azərbaycan milli valyutası - manat olub. "Yeniavaz.com" ayrı-ayrı ölkələrin Mərkəzi Banklarına istinadən bildirir ki, son 3 il ərzində (19 avqust 2014 - 19 avqust 2017-ci il) Azərbaycan manatı dollar qarısında 2,2 dəfə dəyərdən düşüb. 19 avqust 2014-cü il tarixində manatın rəsmi məzənnəsi 0,7842 $/AZN olduğu halda 19 avqust 2017-ci il tarixində 1,7008 $/AZN olub. Region ölkələri arasında Azərbaycan manatından sonra dollar qarşısında ən çox ucuzlaşan Ukraynanın milli valyutası - qrivna olub. Son 3 il ərzində qrivna dollara nisbətən öz dəyərinin 97% itirib. Bunlardan başqa son 3 il ərzində Belarus rublu dollar qarşısında 88,3%, Qazaxıstan tengəsi 82,8%, Gürcüstan larisi 67%, Rusiya rublu 64,4%, Türkiyə lirəsi 62,9%, Qırğızıstan somu 31,8%, Moldova leyi 29,9%, İran rialı isə 22,6% dəyərdən düşüb. Dollar qarşısında ən az dəyərdən düşən isə Ermənistan valyutası - dram olub. Dram son 3 ildə dollara nisbətən 16,8% ucuzlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top