“eBay”da satılan 5 ən qeyri-adi nəqliyyat vasitəsi - FOTOLAR

“eBay” hərrac şəbəkəsi mövcud olduğu illər ərzində orada sendviçdən tutmuş İslandiya ölkəsinə qədər demək olar hər şey satışa çıxarılıb. “Yeniavaz.com” xarici mətbuata istinadən “eBay”da satılan ən qeyri-adi nəqliyyat vasitələrini təqdim edir.

1. “Disney” şirkəti 2002-ci ilin iyununda “eBay”da məşhur “Mark IV monorail” monorelsli qatarını satıb. Bob Qarr tərəfindən hazırlanmış qatar 1969-cu ildə “Martin Marietta” şirkəti tərəfindən tikilib. “Mark IV” 1971-1989-cu illər ərzində Disneylendin monorelsli sistemlərində işləyib. Satışın məbləği cəmi 20 000 dollar təşkil edib.

2. 2005-ci ilin iyununda Britaniya “eBay”ında əsl idman maşını olan “Lotus Esprit” satılıb. O, nə az, nə çox cəmi 50 pensə alınıb. Maşını britaniyalı radioaparıcı Tim Şounun həyat yoldaşı satışa çıxarıb. Belə ki, qadın ərinin ona xəyanət etdiyini öyrənəndən sonra T. Şounun kolleksiyasından olan maşını “su qiymətinə” sataraq qisas almaq qərarına gəlib. Maşın cəmi 5 dəqiqə ərzində alınıb.

3. 2005-ci ilin mayında “Wolksvagen Golf” avtomobili 277 171 dollara satılıb. Qiymətin belə baha olmasına səbəb maşının Roma Papası XVI Benedikt kimi məşhurlaşan Yozef Ratsingerə məxsus olması olub. Avtomobili öz reklamı üçün “GoldenPalace.com” onlayn kazinosu alıb.

4. Çinli biznesmen Tszyan Çen 2006-cı ilin mayında amerikalı satıcıdan daha əvvəl Çexoslavakiya Hərbi Hava Qüvvələrinə məxsus olmuş hesabdan silinən “MiQ-21” qırıcı təyyarəsini alıb. Satıcı pulu aldıqdan sonra təyyarəni Çinə çatdırmaqdan imtina edib, çünki onu ABŞ-ın daxilində satmağı ümid edirdi. Münaqişənin necə həll olundığına dair məlumat yoxdur.

5. “Landa and Associates” şirkətindən olan Mayk Landa 2004-cü ilin fevralında “McDonnell Douglas F/A-18 Hornet” qırıcı təyyarəsini satışa çıxarıb. Təyyarənin ilkin qiyməti 1 000 000 dollar olub. M. Landa özü təyyarəni hesabdan silinmiş şəkildə alıb və onu uçuş vəziyyətindək bərpa edib. Federal Təhqiqat Bürosu qırıcını xaricə satmağı qadağan edib və M. Landa ABŞ-ın daxilində alıcı tapa bilmədyinə görə təyyarəni satışdan çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top