Yaşlı qadın evinə girən oğruya məktub yazıb: “Həyatımın son günlərində məni daha çox üzmə”

Türkiyənin Antalya şəhərində yaşayan 87 yaşlı qadın evinə girən oğruya məktub yazıb.

“Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şükriyyə Atlındağ adlı qadın, 15 gün ərzində 3 dəfə evinə girən oğruya məktubla müraciət edib. Oğru 87 yaşlı qadının evindən kirayə pulu olan 200 lirə (təxminən 100 manata yaxın), qəpiklərini və iki qab maye yağını oğurlayıb.

Ş. Altındağ qapısından asdığı məktubda belə yazıb: “Oğru, ağlını başına yığ. Mən 90 yaşına çatmış qadınam. Artıq 3-cü dəfədir evimə oğruluğa girirsən. Quldan utanmırsan, Allahdan qorx və utan. Mənim evimdə 3-5 lirə çörək pulu ya var, ya yox. Həyatımın son günlərində məni daha çox üzmə”.

Yaşlı qadın evindən götürülənlərin geri qayıtmasını istəyir.

Rasim

DİGƏR XƏBƏRLƏR

Top