Mosulda İŞİD-in tərəfində vuruşan 16 yaşlı alman qız saxlanılıb

İraq hərbçiləri Mosulun İŞİD terror qruplaşmasından azad edilməsi zamanı şəhərdə İŞİD-in tərəfində vuruşan qadınlar arasında 16 yaşlı alman qızını saxlayıblar. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Drezden prokurorluğu məlumat verib. Qızın şəxsiyyəti müəyyənləşib. O, Drezden ətrafındakı Pulsnits şəhərində yaşayıb. Hazırda Almaniyanın İraqdakı səfirliyi qıza kömək göstərir. Məktəbli qız İslamı qəbul etdikdən sonra 2016-cı ilin yayında itkin düşmüşdü. Sonradan məlum olub ki, o, onlayn-çatların birində İŞİD üzvləri ilə yazışırmış. İraq hərbçiləri Mosulu azad edərkən müxtəlif ölkələrdən olan təqribən 20 silahlı qadını saxlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top