Fələstinli üç İsrail vətəndaşını bıçaqla öldürüb

İordan çayının qərb sahilində yəhudilərin yaşayış məntəqələrinin birində bıçaqla silahlanmış fələstinli evə girərək dörd nəfəri bıçaqlayıb. Bu barədə iyulun 21-də The Times of Israel nəşri yazır. Halamiş məntəqəsində evə basqın edən şəxs iki kişi və bir qadını öldürüb, daha bir nəfəri isə ağır yaralayıb. Hadisə fələstinli ərəblərin kütləvi etiraz aksiyaları fonunda baş verib. İsrail hökuməti 50 yaşdan kiçik müsəlmanları Əl-Əksə məscidində cümə namazına keçməyə qadağa qoyub. Gənclərin polislə toqquşması zamanı üç fələstinli ölüb.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top