Sükan arxasında sifariş qəbul edən taksi sürücülərini cərimə gözləyir-VİDEO

Bakıda hazırda çox sayda taksi şirkəti fəaliyyət göstərir. Hər bir şirkətə gün ərzində yüzlərlə sifariş daxil olur. Elə özünüz də fikir versəniz görərsiniz ki, belə taksidə gedərkən sürücülərin telefonuna şirkətdən sifarişlər haqda tez-tez sms-lər gəlir. Sürücü də sizi lazım olan yerə düşürdükdən sonra digər sifarişlərin ardınca gedir. Yol polisi isə belə taksi sürücülərinin sükan arxasında bir əli ilə sükanı tutub, digər əli ilə telefonda sms-ləri gözdən keçirməsinin düzgün olmadığını, bunun konkret qəza riski olduğunu bildirir. Tövsiyə edilir ki, taksi şürkətləri daha təhlükəsiz informasiya ötürmə sistemlərindən istifadə etsinlər.

Yol polisi bildirir ki, sükan arxasında yola nəzarət etməli olan sürücü, eyni zamanda digər sifarişlərin sms-ni oxuyursa, bu, qəza riski yaradır. Avtomobil idarə edərkən mobil telefonun istənilən funksiyasından istifadə etmək inzibati xəta sayılır. Məsləhət görülür ki, taksi şirkətləri informasiyanın ötürülməsi prosesini daha təhlükəsiz qaydada həyata keçirsinlər. İnzibati xətalar Məcəlləsinə görə, sürücü idarəetmə zamanı telefonu əlində tutaraq ondan istifadə edərsə, 50 manat cərimə olunur.Xezerxeber.az

taksi sifariş

DİGƏR XƏBƏRLƏR

Top