Putin kəşfiyyatçı təxəllüsünü açıqladı

“Kəşfiyyat məktəbində Platov təxəllüsündən istifadə etmişəm”. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Sirius” təhsil mərkəzinin yetirmələrinin suallarını cavablandırarkən deyib. O bildirib: “Niklər”ə gəlincə bu elə təxəllüs deməkdir. Mən bildiyiniz kimi işə xarici kəşfiyyat orqanlarında başlamışam, o zaman ehtiyac yarananda texnoloji təxəllüsdən istifadə etmişəm. Mən kəşfiyyat fəaliyyəti üzrə məktəbdə oxuyanda Platov təxəllüsüm var idi”. V. Putin qeyd edib ki, indi təxəllüsdən istifadə etmək özü üçün mənasızdır: “Təbii ki, özüm üçün heç bir “nik” seçməzdim, öz adım ilə qalardım. Bu hamı üçün normaldır, nəyə görə hansısa təxəllüsün arxasında gizlənəsən?”. O dəqiqləşdirib ki, kəşfiyyatda işləyərkən uydurma adın arxasında gizlənməyin mənası var idi, indi isə əksinə, əgər insan fəxr edə biləcəyi ləyaqətli, maraqlı iş görürsə, bunun kimə məxsus olduğunu demək lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top