Bakıda ilk dəfə olaraq ayrıca balıq bazarı yaradılacaq


“Pirallahı rayonunda yeni iş yerləri və istehsal sahələri yaradılacaq”. Bunu Azərbaycan prezidenti İlham Əliyev iyulun 21-də Bakının Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılış mərasimində bir qrup sakinlə görüşdə deyib. Dövlət başçısı qeyd edib ki, rayonda balıq bazarı yaradılacaq: “Bu günə qədər Bakı şəhərində balıq bazarı olmayıb. Bu, böyük bir çatışmazlıqdır. Çünki dəniz kənarında yerləşən şəhərlərin əksəriyyətində balıq bazarları olur. Bu, həm vətəndaşlara xidmət edir, eyni zamanda, bu balıq bazarları bir növ turizm zonasına çevrilir”.Report

DİGƏR XƏBƏRLƏR

Top