İsrail polisi fələstinlilərə müdaxilə etdi

İsrail polisi cümə namazından sonra Məscidül Əqsanın qarşısına toplaşan fələstinlilərə müdaxilə edib. “Yeniavaz.com”un “YeniŞafak” qəzetinə istinadən verdiyi məlumata görə, müdaxilə nəticəsində ilkin hesablamalara görə 10 nəfər yaralanıb və 4 nəfər saxlanılıb. Qüdsdə İsrail polisi fələstinlilərə qarşı plastik güllə və gözyaşardıcı qaz bombasından istifadə edib. Xatırladaq ki, bu gün İsrail polisi Məscidül Əqsaya cümə namazını qılmaq üçün yalnız qadınları və 50 yaşından yuxarı kişiləri buraxıb.

DİGƏR XƏBƏRLƏR

Top