Kamal Abdulladan jurnalistika ilə bağlı TƏKLİFLƏR

“Hazırda Azərbaycan Dillər Universitetində jurnalistika və filologiya ixtisasları bir fakültədədir. Gələcəkdə jurnalistikanın və filologiya ixtisaslarının ayrılmasına çalışacağıq".


Bunu Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla deyib. O bildirib ki, universitet öz spesifikası və potensialından istifadə edərək beynəlxalq jurnalistika istiqamətində fəaliyyətini genişləndirmək istəyir.

"Bu gün ölkəmizdə saytların və jurnalistlərin əksəriyyəti Azərbaycan dillidir. Çox az jurnalist ingilis və rus dilli təmayüllüdür. Bu balansı düzəltmək üçün kifayət qədər güclü potensialımız var. Biz jurnalistika fakültəsi olan digər universitetlərdən fərqli olaraq tələbələrimizə bu istiqamətdə təhsil bazası verə bilərik və onların gələcəkdə peşəkar kadr kimi yetişməsinə nail ola bilərik".


K.Abdulla bildirib ki, jurnalistika ixtisası üzrə kadrların yetişməsində redaksiyalarda tələbələrlə görüşlər keçirilməldir.

"Bu qəzet və jurnalların, saytların da redaksiyalarında ola bilər. Tələbələrin əlaqə qurmaq və təcrübələrini artırmaq üçün yerləri olmalıdır. Biz bunun üçün bəzi peşəkar redaksiyalarla müqavilə imzalaya bilərik. Jurnalistika istiqamətində çalışan insanlarla universitetin tələbələri sıx işləməlidir".modern.az

DİGƏR XƏBƏRLƏR

Top