Rusiyada 18 nəfəri öldürmüş erməni Yerevana ekstradisiya edildi

2013-cü ildə Rusiyada 18 nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsində günahlar bilinmiş yük maşınının sürücüsü Qraç Arutyunyan Ermənistana ekstradisiya edilib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, Ermənistan vətəndaşı cəzanın qalan müddətini 1983-cü il tarixli “Məhkumların təhvil verilməsi haqqında” Avropa Konvensiyasının müəyyənləşdirdiyi qaydada çəkəcək. Ermənistan Ədliyyə Nazirliyinin xüsusi komissiyası Q. Arutyunyan üçün islahetmə müəssisinin növünü və cəzaçəkmə yerini müəyyənləşdirəcək. Hazırda o, Yerevan yaxınlığındakı Nubaraşen həbsxanasındadır.

Xatırladaq ki, Q. Arutyunyanın törətdiyi səs-küylü yol qəzasında 60-dan çox adam da yaralanmışdı. O, Rusiya məhkəməsi tərəfindən 6 il və 9 ay müddətinə azadıqdan məhrum edilmişdi. Q. Arutyunyanın qohumları 2014-cü ildə Ermənistan Ədliyyə Nazirliyinə müraciət edərək onun vətənə qaytarılmasını istəmişdilər. Q. Arutyunyanın Rusiyada məhkəmə iclaslarının birinə qadın xalatı ilə gətirilməsi ermənilərin narazılığına səbəb olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top