Polis Səudiyyə Ərəbistanının şahzadəsini saxladı - onu həbs gözləyir

Ər-Riyad polisi Səudiyyə Ərəbistanının Kral ailəsinin üzvünü saxlayıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, buna səbəb ailə üzvünün yerli sakinlərə qarşı fiziki güc tətbiq etməklə təhqirə yol verməsi və kobud davranmasıdır. Polis Səudiyyə monarxı Salman ibn Əbdüləziz əs-Səudun əmri ilə şahzadəni saxlmağa qərar verib. Şahzadə və bir neçə nəfərin aqressiv davrandıqlarının əks olunduğu video sosial şəbəkələrdə paylaşıldıqdan sonra belə bir addım atılıb.

Səudiyyə Ərəbistanı Kralı şahzadə Səud ibn Əbdüləziz ibn Müsaid ibn Səud ibn Əbdüləziz əs-Səudun dərhal saxlanılmasını və təhqiramiz hərəkətlərə yol verənlərin azadlıqdan məhrum edilməsinə dair əmr verib. Bundan başqa, əmrə əsasən, ittiham olunanlardan heç biri məhkəmə qərar vermədən azadlığa buraxıla bilməz.

DİGƏR XƏBƏRLƏR

Top