Almaniya Türkiyəyə investisiyaları azalda bilər

Almaniya Türkiyəyə münasibətdə əvvəl olduğu kimi siyasət yürüdə bilməz. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Berlində deyib. O bildirib: “Biz Türkiyəyə münasibətdə siyasətimizi yenidən nəzərdən keçirməliyik. Almaniya Kansleri Angela Merkel və Sosial Demokratik Partiyanın sədri Martin Şults da eyni fikirdədirlər”. O cümlədən Almaniya Türkiyəyə investisiya qoyuluşlarını azalda bilər. Nazir qeyd edib ki, təhlükəsizliyin olmadığı, müəssisənin (“Daimler” və BASF) terrorçularla eyni sıraya qoyulduğu ölkəyə investisiyalar yatırmağı məsləhət görmək olmaz. Z. Qabriel bəyan edib ki, Türkiydə alman Peter Ştoydtner daxil olmaqla, 6 hüquq müdafiəçisinin saxlanılması planlaşdırılmış aksiyadır: “Bu əvvəlcədən planlaşdırılmış və yaxşı hazırlanmış hərəkətdir”.

DİGƏR XƏBƏRLƏR

Top