Küveyt 15 iranlı diplomatı ölkədən çıxarır

Küveyt hakimiyyəti İranın 15 diplomatına ölkəni tərk etmək barədə göstəriş verib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Küveyt həmçinin İranın ölkədəki hərbi və mədəniyyət attaşeləri aparatını bağlayıb. Məsələyə münasibət bildirən Küveytin informasiya naziri bildirib ki, ölkənin hüquqlarını müdafiə etmək üçün İran diölomatiyasının nümayəndələrinə qarşı diplomatik addımlar atılıb. İranlı diplomatlar 45 gün ərzində Küveyti tərk etməlidirlər. Bununla da ölkədə İrandan cəmi 4 diplomat qalmış olur. Digər tərəfdən Küveyt hökuməti İranla bütün hökumətlərarası komitələrin işini dayandırır. Bazar günü Küveytdə məhkəmə hökm oxuduqdan sonra bu cür radikal addımlar atılıb. Belə ki, məhkəmə “Əl-Abdali” qruplaşmasının hücrələrinin üzvlərini həbsə atıb. İttihamçı tərəf iddia edib ki, silahlılar İranda “Hizbullah” qruplaşmasının rəhbərliyi altında təlim keçiblər.

DİGƏR XƏBƏRLƏR

Top