Türkiyədə 5 telekanalın liseniziyası ləğv edildi

Türkiyə Radio və Televiziya Ali Qurumu (RTAQ) ölkədə yayımlanan 5 televiziya kanalının lisenziyasını ləğv edib. “Yeniavaz.com”un “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, lisenziyası ləğv edilən telekanallar “Anadolu Yurdum TV”, “Genç TV”, HLT TV, “Son Hedef TV” və “Yeni Sinema TV”dir. Həmin telekanallar qeyri-münasib yayım həyata keçirdikləri üçün RTAQ tərəfindən 10 gün müddətinə yayımı dayandırmaq cəzası almışdılar. Lakin telekanallar qadağaya məhəl qoymayaraq yayımlarını davam etdirdiklərinə görə RTAQ fövqəladə vəziyyət rejimi çərçivəsində verilən qanun hökmündə qərarnaməyə əsaslanaraq onların lisenziyasını ləğv edib. Bununla da RTAQ lisenziyanı ləğv etmə səlahiyyətindən ilk dəfə istifadə etmiş oldu.

DİGƏR XƏBƏRLƏR

Top