Azərbaycanda bazar yandı

Bərdə bazarında yanğın baş verib. Səhər erkən saatlarda başlayan yanğın 12 mağazanı əhatə edib.

Hadisə yerinə Bərdə yanğından mühafizə briqadasınln əməkdaşları və yanğınsöndürən avtomobillər cəlb edilib. Alovun yanğın yerinə bitişik olan digər ticarət obyektlərinə keçməsinin qarşısı alınıb. Yanğın səhərə yaxın başladığından mağazalar bağlı olub. Bu səbəbdən də xəsarət alan olmayıb.

İlkin ehtimala görə, yanğına mağazalardan birində elektrik naqillərindəki qısaqapanma səbəb olub. Ticarət obyektlərindəki geyim, elektrik və ərzaq mallarına ziyan dəyib.

Hazırda dəymiş zərər hesablanır. İstiPress

DİGƏR XƏBƏRLƏR

Top