Britaniyada pensiya yaşı 68-ə yüksəldiləcək

2039-cu ildə Böyük Britaniyada pensiya yaşı 67-dən 68-ə yüksəldiləcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Britaniyanın əmək və pensiyalar naziri Devid Qouk deyib. Daha əvvəl pensiya yaşını 2046-cı ildə yüksəltmək planlaşdırılırdı. Yeni qaydalara keçid 2037-ci ildə başlanlacaq. Nazir bildirib ki, orta ömür müddəti artır və dövlət təqaüdü olan insanların sayı çoxalır: “Biz əmin olmalıyıq ki, müasir həyatı əks etdirən və gələcək nəsillər üçün işləyən ədalətli və etibarlı sistemə malikik”. Britaniyanın Leyboristlər Partiyası isə pensiya yaşını 66-ya endirməyi vəd edir.

DİGƏR XƏBƏRLƏR

Top