BBC ilk dəfə olaraq əməkdaşlarının gəlirlərini açıqladı

Böyük Britaniyanın BBC korporasiyası ən çox ödənişli əməkdaşlarının gəlirləri barədə məlumatları ilk dəfə ictimaiyyətlə paylaşıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, ümumilikdə 96 əməkdaşın məvacibləri və qonorarları barədə məlumatlar dərc olunub. Ümumilikdə onların illik gəliri təqribən 30 milyon funt-sterlinq təşkil edib. Siyahıya düşənlərin üçdə ikisi (62 nəfər) kişidir. Siyahıda birinci yeri bütün dünyada populyarlıq qazanmış avtomobillər barədə “Top Gear” verilişin keçmiş aparıcısı Kris Evans tutur. O, il ərzində 2,2 milyon funt-sterlinq (2,9 milyon dollar) qazanıb. Futbol şərhçisi, İngiltərə yığmasının keçmiş hücumçusu Qari Lineker ikincidir. Onun illik gəliri 1,75 milyon funt-sterlinqdən çox olub.

Britaniya hökuməti BBC-nin nizamnaməsinə yenidən baxılması haqqında danışıqlardan sonra əməkdaşların məvaciblərinin göstərilməsini təkid etmişdi. Buna mənfi yanaşdığını deyən BBC korporasiyasının rəhbəri Toni Holl bildirib ki, bu cür məlumatlar daha çox maliyyə vəsaiti olan digər KİV BBC əməkdaşlarını özlərinə tərəf keçirməyə başlaya bilərlər. Əsası 1922-ci ildə qurulan BBC dünyanın ən köhnə və iri milli teleradio yayım şirkətidir. Korporasiyada təqribən 21 min əməkdaş çalışır.

DİGƏR XƏBƏRLƏR

Top