Qəbələdəki dəhşətli yanğının VİDEOsu yayıldı

Qəbələ rayonunun Əmirvan kəndində irimiqyaslı yanğın olub. Bu barədə "Yeniavaz.com" saytına rayon sakinləri məlumat veriblər. Yanğın nəticəsində vətəndaşlara məxsus ümumi sahəsi 1120 m2 olan talvar, altına yığılımış 600 ton ot bağlaması, 3 ədəd toxum təmizləyən aqreqat və yaxınlıqda ümumi sahəsi 120 m2 olan tövlənin yanar konstruksiyaları və içərsinə yığılmış 2 ton ot bağlaması yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı yaşayış evləri və ot tayaları yanğından mühafizə olunub. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Rayon sakinlərinin hadisə yerindən saytımıza göndərdikləri foto və videoları təqdim edirik.

Qebele

DİGƏR XƏBƏRLƏR

Top