Bu gün​ "Qarabağ"ın rəqibi müəyyənləşəcək

Bu gün futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 10 cavab görüşü keçiriləcək. Görüşlər arasında 2-si azərbaycanlı futbolçular üçün daha böyük əhəmiyyət kəsb edir. Milli komandanın futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Slovakiya "Jilina"sı Danimarkada "Kopenhagen"in qonağı olacaq. İlk görüşdə "Kopenhagen" 3:1 hesabı ilə qalib gəlib. Bu səbəbdən, "Jilina"nın səfərdə ən azı 3 qol vuraraq, mərhələ adlaması inandırıcı deyil.
Albaniyada "Kukesi" ilə Moldova "Şerif"i arasında oynanılacaq qarşılaşmanın yekununda isə "Qarabağ"ın növbəti mərhələdəki rəqibi müəyyənləşəcək. İlk matçda "Şerif" 1:0 hesabı ilə qalib gəlib. "Kukesi" mərhələ adlamaq üçün ən azı 2 top fərqi ilə qalib gəlməlidir. Eyni nəticə təkrarlanacağı halda, cütün qalibi penaltilər seriyası ilə məlum olacaq.

Çempionlar Liqası, II təsnifat mərhələsi
Cavab görüşləri
19 iyul
20:00. "Dudelanj” (Lüksemburq) - APOEL (Kipr)
İlk oyun - 0:1
21:15. "Rusenborq” (Norveç) - "Dandolk” (İrlandiya)
İlk oyun - 1:1
21:30. "Kopenhagen” (Danimarka) - "Jilina” (Slovakiya)
İlk oyun - 3:1
21:30. "Kukesi” (Albaniya) - "Şerif” (Moldova)
İlk oyun – 0:1
22:00. "Lüdoqorets” (Bolqarıstan) - "Jalgiris” (Litva)
İlk oyun – 1:2
22:15. "Maribor” (Sloveniya) - "Zrinski” (Bosniya və Herseqovina)
İlk oyun -2:1
22:30. "Zalsburq” (Avstriya) - "Hibernians” (Malta)
İlk oyun – 3:0
22:45. "Legiya” (Polşa) - "Mariehamn” (Finlandiya)
İlk oyun - 3:0
22:45. "Seltik” (Şotlandiya) – "Linfild” (Şimali İrlandiya)
İlk oyun – 2:0
23:15. "Honved” (Macarıstan) - "Hapoel” (Beyer Şeva, İsrail)
İlk oyun - 1:2
Qeyd edək ki, ilk oyun günündə 7 oyun keçirilib:
"Astana” (Qazaxıstan) - "Spartak” (Latviya) - 1:1
Qollar: Patrik Tvumasi, 59 - Edqar Vardanyan, 72
İlk oyun - 1:0
"Vardar” (Makedoniya) - "Malmö” (İsveç) - 3:1
Qollar: Boban Qrnçarov, 56. Tiqran Barseqyan, 61. Boban Nikolov, 90+1 - Markus Rozenborq, 16-penalti ilə
Yerinə yetirilməyən penalti: Xuan Felipe, 61 ("Vardar")
İlk oyun - 1:1
"Alaşkert” (Ermənistan) - BATE (Belarus) - 1:3
Qollar: Uroş Nenadoviç, 18 - Mixail Qordeyçuk, 23; 35. Maksim Volodko, 78
İlk oyun - 1:1
"Samtredia” (Gürcüstan) - "Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Donald Gerye, 22
İlk oyun - 0:5
"Vikinqur” (Farer adaları) - "Hafnarfyordur” (İslandiya) - 0:2
Qollar: Stiven Lennon, 79-penalti ilə. Torarinn Valdimarsson, 90+1
Qırmızı vərəqələr: Andreas Olsen, 78; Vasile Angel, 90+3 (hər ikisi "Vikinqur")
İlk oyun - 1:1
TNS (Uels) - "Riyeka” (Xorvatiya) - 1:5
Qollar: Adrian Sisleviç, 69 - Florentin Matey, 41. Mario Qavranoviç, 54; 79. Aleksander Qordon, 61. Stefan Ristovski, 64
İlk oyun - 0:2
"Buduçnost” (Monteneqro) - "Partizan” (Serbiya) - 0:0
İlk oyun - 0:2
Növbəti mərhələdə görüşəcəklər:
Çempionlar yolu
"Slaviya” (Çexiya) - BATE (Belarus)
"Astana” (Qazaxıstan) - "Mariehamn” (Finlandiya) / "Legiya” (Polşa) cütünün qalibi
"Zrinski” (Bosniya və Herseqovina) / "Maribor” (Sloveniya) cütünün qalibi - "Hafnarfyordur” (İslandiya)
"Jilina” (Slovakiya) / "Kopenhagen” (Danimarka) cütünün qalibi - "Vardar” (Makedoniya)
"Linfild” (Şimali İrlandiya) / "Seltik” (Şotlandiya) cütünün qalibi - "Dandalk” (İrlandiya) / "Rusenborq” (Norveç) cütünün qalibi
"Hapoel" (Beer-Şeva, İsrail) / "Honved" (Macarıstan) cütünün qalibi - "Jalgiris” (Litva) / "Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi
"Viitorul" (Rumıniya) - APOEL (Kipr) / "Dudelanj” (Lüksemburq) cütünün qalibi
"Hibernians” (Malta) / "Zalsburq” (Avstriya) cütünün qalibi - "Riyeka" (Xorvatiya)
"Partizan" (Serbiya) - "Olimpiakos” (Yunanıstan)
"Qarabağ” (Azərbaycan) - "Şerif" (Moldova) / "Kukesi" (Albaniya) cütünün qalibi

Oyunlar 25-26 iyul1-2 avqustda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top