Mingəçevir su anbarında batan şəxsin meyiti sahilə çıxarılıb

Dünən axşamdan batan şəxsin meyiti səhər saatlarında tapılıb. FHN-in rəsmi saytının məlumatına görə, iyulun 18-də, axşam saatlarında Mingəçevir su anbarının 4-cü buxtası deyilən ərazidə Bərdə rayonu Güloğlular kənd sakini, 1981-ci il təvəllüdlü Bəhmənov Səxavət Şakir oğlunun çimərkən batdığı barədə məlumat əsasında FHN tərəfindən axtarış elan edilib. Səhər saat 8:00 radələrində meyit xilasedicilər tərəfindən aşkar edilərək sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Fakt üzrə araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top