“Real” 20 yaşlı futbolçusuna 500 milyon avro qiymət qoydu

“Real” Madrid 20 yaşlı yarımmüdafiəçi Dani Sebalyosu transfer edib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, futbolçu “Betis”dən 16,5 milyon avroya transfer olunub. D. Sebalyosun müqaviləsində qeyd edilir ki, başqa klub onu transfer etmək üçün 500 milyon avro ödəməlidir. Yarımmüdafiəçi 2011-ci ildən “Betis”də çıxış edir. O, klubda bütün turnirlərdə keçirdiyi 105 oyuna 7 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top