Bir ayda 444 POS-terminal ləğv olunub

Azərbaycanda dövriyyədə olan POS-terminalların sayı aylıq 444 ədəd azalaraq cari il iyunun 1-nə 70 714 ədəd təşkil edib.İlin əvvəli ilə müqayisədə isə 1 632 ədəd azalma qeydə alınıb. POS-terminalların 39 708 ədəd və ya 56,6%-i paytaxt Bakı şəhərinin payına düşüb. Paytaxtda bir ayda 128 ədəd POS-terminal azalıb. Cari il iyunun 1-nə əsasən ölkədə hər 140 nəfərə bir POS-terminal düşüb. Qeyd edək ki, ölkədə POS-terminalların sayında azalma 2016-cı il dekabr ayından başlayıb və azalma hər ay ardıcıl olaraq davam edir.

DİGƏR XƏBƏRLƏR

Top