Benzin dünya bazarında 48 sentə, Azərbaycanda isə 53 sentə satılır

Ötən ay dünya bazarlarında benzinin qiyməti (1 ton üçün) 486,51 dollar, dizel yanacağının qiyməti isə (1 ton üçün) 409,64 dollar təşkil edib. "Yeniavaz.com" Dövlət Neft Şirkətindən (SOCAR) açıqlanan məlumata istinadən bildirir ki, dünya bazarlarında satılan benzinin 1 litri 82 qəpiyə (48,6 sent) bərabər olub.

Azərbaycanda benzinin qiyməti Tarif Şurasının sonuncu - 14 iyul 2017-ci il tarixli qərarına uyğun olaraq bugündən etibarən yanacaqdoldurma məntəqələrində isə 90 qəpiyə (53 sent) satılır. Bu isə o deməkdir ki, daxili bazarda satılan benzinin qiyməti dünya bazarındakı qiymətlə müqayisədə 9% bahadır.

DİGƏR XƏBƏRLƏR

Top