Avropa Liqası: “Qalatasaray” Azərbaycan klubu ilə qarşılaşa bilər

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərindəki tədbirdə II təsnifat mərhələsinin 33 cütü və mübarizəyə yeni qoşulacaq 25 klub iştirak edib. Onlar növbəti raundun 29 cütünü təşkil edib. Azərbaycan klublarından “Qəbələ”, “İnter” və “Zirə”nin də mümkün rəqibləri bilinib. Belə ki, bu komandaların yer aldığı cütlərin qarşılaşacağı rəqibə aydınlıq gəlib. “Qəbələ” – “Yagelloniya” cütünün qalibi “Panatinaikos”la (Yunanıstan) ilə üz-üzə gələcək. Təmsilçimiz mərhələ keçsə, ilk oyun Afinada baş tutacaq. “Astra” - “Zirə” qarşılaşmasında güclü olan komanda isə “Aleksandriya” (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətirəcək. Qəsəbə klubu bu səddi adlasa, ilk matçı evdə oynayacaq.

“İnter” – “Fola” cütündə mərhələ adlayacaq klub isə “Ostersun” (İsveç) - “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk oyunuda isveçlilər qalib gəlib – 2:0. Bakılıların yer aldığı cütün qalibi ilk qarşılaşmanı səfərdə keçirəcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də keçiriləcək.

Avropa Liqası
III təsnifat mərhələsi


“Ostersun” (İsveç) - “Qalatasaray” (Türkiyə) cütünün qalibi - “İnter” (Azərbaycan) - “Fola” (Lüksemburq) cütünün qalibi
“Panatinaikos” (Yunanıstan) - “Qəbələ” (Azərbaycan) - “Yagelloniya” (Polşa) cütünün qalibi
“Astra” (Rumıniya) - “Zirə” (Azərbaycan) cütünün qalibi - “Aleksandriya” (Ukrayna)
PSV (Hollandiya) - “Osiyek” (Xorvatiya) - “Lütsern” (İsveçrə) cütünün qalibi
“Norçepinq” (İsveç) - “Trakay” (Litva) cütünün qalibi - “Şkendiya” (Makedoniya) - HİK (Finlandiya) cütünün qalibi
“Krasnodar” (Rusiya) - “Slovan” (Slovakiya) - “Lyunqbyu” (Danimarka) cütünün qalibi
“Fənərbaxça” (Türkiyə) - “Şturm” (Avstriya) - “Mladost” (Monteneqro) cütünün qalibi
“Şemrok Rovers” (İrlandiya) - “Mlada Boleslav” (Çexiya) cütünün qalibi - “Kayrat” (Qazaxıstan) - “Skenderbeu” (Albaniya) cütünün qalibi
“Austriya” (Avstriya) - “Proqres” (Lüksemburq) - AEL (Kipr) cütünün qalibi
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Vaduts” (Lixtenşteyn) - “Odd” (Norveç) cütünün qalibi
“Dinamo” (Buxarest, Rumıniya) - “Atletik” (İspaniya)
“Olimpik” (Ukrayna) - PAOK (Yunanıstan)
“Arka” (Polşa) - “Ferensvaroş” (Macarıstan) - “Midtyulland” (Danimarka) cütünün qalibi
“Makkabi” (Təl-Əviv, İsrail) - “Reykyavik” (İslandiya) cütünün qalibi - “Hoqesund” (Norveç) - “Lex” (Polşa) cütünün qalibi
“Bordo” (Fransa) - “Kalyu” (Estoniya) - “Videoton” (Macarıstan) cütünün qalibi
“Panionios” (Yunanıstan) - “Qoritsa” (Sloveniya) cütünün qalibi - “Valletta” (Malta) - “Utrext” (Hollandiya) cütünün qalibi
“Universtatya” (Krayova, Rumıniya) - “Milan” (İtaliya)
“Brondbü” (Danimarka) - “Vaasa” (Finlandiya) cütünün qalibi - “Hayduk” (Xorvatiya) - “Levski” (Bolqarıstan) cütünün qalibi
“Gent” (Belçika) - “Altax” (Avstriya) - “Dinamo” (Brest, Belarus) cütünün qalibi
“Everton” (İngiltərə) - “Rujomberok” (Slovakiya) - “Brann” (Norveç) cütünün qalibi
“Aberdin” (Şotlandiya) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina) cütünün qalibi - “Apollon” (Kipr) - “Zarya” (Moldova) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya) cütünün qalibi - “Sparta” (Çexiya) - “İrtış” (Qazaxıstan)
“Beytar” (İsrail) - “Botev” (Bolqarıstan) cütünün qalibi - “Maritimo” (Portuqaliya)
“Zenit” (Rusiya) - “Trençin” (Slovakiya) - “Bney Yehuda” (İsrail) cütünün qalibi
“Marsel” (Fransa) - “Ostende” (Belçika)
“Frayburq” (Almaniya) - “Valyur” (İslandiya) - “Domjale” (Sloveniya) cütünün qalibi
“Kork Siti” (İrlandiya) - AEK (Kipr) cütünün qalibi - “Rabotniçki” (Makedoniya) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi
“Jelezniçar” (Bosniya və Herseqovina) - AİK (İsveç) cütünün qalibi - “Braqa” (Portuqaliya)
“Liepaya” (Latviya) - “Suduva” (Litva) cütünün qalibi - “Syon” (İsveçrə)

DİGƏR XƏBƏRLƏR

Top