Dani Alves yeni kluba transfer oldu

Müdafiəçi Dani Alves azad agent qismində PSJ klubuna keçib. “Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı braziliyalı Fransa təmslçisi ilə 2 il müddətinə müqavilə bağlayıb. D. Alves PSJ-də 32 nömrəli forma ilə oynayacaq. Daha əvvəl verilmiş məlumata görə, D. Alvesin PSJ-də maaşı ildə 12,5 milyon funt-sterlinq təşkil edəcək. Onun sonuncu klubu “Yuventus” olub.

DİGƏR XƏBƏRLƏR

Top