Ürəyimiz tez-tez döyünən zaman nə etməli?

Yaş artdıqca ürəkdə problemlər əmələ gəlməyə başlayır, əsasən də tez-tez döyünmələr, təzyiqin artması və ürəkdə səyrimələr baş verir. Bütün bunlar ürək əzələsinin zəifləməsinə və ürəyin torba şəklini almasına səbəb olur. Bu zaman mütəmadi istifadə oluna biləcək olduqca faydalı bir bitkini yadınıza salmaq istəyirəm.

Yemişan meyvəsinin dəmləməsi təzyiqi aşağı salır, ürəyin zərbə qüvvəsini artırır, ürəyin oksigenə olan tələbatını və ürək vurğularının sayını azaldır. Onu da xatırladım ki, yemişanın vitamin və minerallarla zəngin tərkibi orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır, immuniteti gücləndirir. fizulihuseynov.com

DİGƏR XƏBƏRLƏR

Top