1000 yaşlı Budda heykəlinin içərisindən mumiya tapılıb FOTOLAR

1000 yaşlı Budda heykəlinin içərisində buddist bir rahibin mumiyası aşkarlanıb. Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, tədqiqat məqsədilə Çində tapılan tarixi heykəl Hollandiyaya aparılıb. İlk araşdırmalardan sonra tədqiqatçılar heykəlin içərisində insan qalıqları olduğunu düşündükləri üçün onun kompyuter tomoqrafiyasını çəkmək qərarına gəliblər. Bu zaman heykəlin içərisində həqiqətən bir buddist rahibin olduğu ortaya çıxıb.

Kompyuter tomoqrafiyası mumiyanın orqanlarının yerində üzərində qədim çin heroqlifləri olan bir topa kağızın olduğunu da göstərib. Ancaq təəssüf ki, hələlik həmin kağızları heykəldən çıxartmaq mümkün olmayıb. Mumiyanın yaşı çox olduğu üçün alimlər ona zərər verməkdən çəkinirlər. Amma buna baxmayaraq mumiyanın kimə aid olduğunu müəyyənləşdirmək mümkün olub. Belə ki, heykəlin altından kiçik bir külçə çıxarılıb. Külçənin üzərində bu mumiyanın Çin düşüncə məktəbinin rahibi Lyu Çyuana aid olduğu yazılıb. O bizim eranın 1100-cü ilində vəfat edib.

Hazırda tarixçilər rahib Lyu Çyuan haqqında qədim əlyazmalarda məlumat olub-olmamasını araşdırırlar.

DİGƏR XƏBƏRLƏR

Top