“Fantotsi” və “Robinzon” obrazlarını canlandıran məşhur aktyor vəfat etdi

İtaliyanın məşhur komediya aktyoru, rejissor və ssenari müəllifi Paolo Villaco vəfat edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən aktyor bu gün Romada 85 yaşında dünyasını dəyişib. Bu barədə P. Villaconun qızı Elizabetta Villaco “Facebook” səhifəsində məlumat verib.

Xatırladaq ki, P. Villaco ekranda mütəmadi uğursuzluqlarla üzləşən mühasib Uqo Fantotsinin satirik obrazını yaradıb. Aktyor bu komik personaj sayəsində İtaliyada əsl ümumxalq sevgisini qazanıb və dünyanın bir çox ölkəsində məşhurlaşıb. O, həmçinin 1976-cı ildə ekranlara çıxan “Senyor Robinzon” kinokomediyasında baş rolu oynayıb.

DİGƏR XƏBƏRLƏR

Top