89-cu teatr mövsümünün "Sima"sı təqdim olunacaq...

İlk dəfə 2014-2015-ci teatr mövsümündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin birgə təsis etdiyi mükafat bu il də 12 nominasiya üzrə təqdim ediləcək. "Ən yaxşı tamaşa", "Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı", "Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı", "Mövsümün seçilən aktyoru", "Teatrın dostu", "Mövsümün ən yaxşı texniki işçisi", "Mövsümün məhsuldar aktyoru" və digər nominasiyalar üzrə təyin olunmuş qaliblər mövsümün sonunda təltif olunacaqlar.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, "Sima" mükafatı teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, mövsüm ərzində fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması məqsədilə təsis olunub.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top