2,5 avroya satılan 0 avro əskinasları bazara çıxarıldı

Almaniya Mərkəzi Bankı sıfır avro dəyərində əskinaslar çap edib. “Yeniavaz.com”un “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, yeni əskinaslar 2,5 avroya satılacaq. Xatirə pulu və əşyası qismində çap edilən 0 avro əskinaslardan 5 min ədədi bazara satışa çıxarılıb. Avropa Mərkəzi Bankından alınmış xüsusi icazə əsasında çap edilən əskinazlar həqiqi avrolarla eyni standartlara və keyfiyyətə, holoqrama malikdir. Əskinasların üzərində 1958-ci ildə Almaniya donanmasının gəmilərindən biri olmuş “Gorch Fock ll” gəmisinin təsviri yer alıb. Bu gəmi 1961-1990-cı illərdə 10 alman markasının üzərində də həkk olumuşdu.

DİGƏR XƏBƏRLƏR

Top