Misirdə fövqəladə vəziyyət rejimi yenə uzadıldı

Misir hökuməti ölkədə fövqəladə vəziyyət rejimi müddətinin 3 ay uzadılmasını qəbul edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti ölkə Prezidenti Əbdülfəttah Əs-Sisinin müvafiq fərmanını təsdiq edib. Xatırladaq ki, Misirdə aprel ayında xristian məbədlərində təxminən 50 nəfərin ölümü ilə nəticələnmiş terror aktlarından sonra uzadılma imkanı olmaqla 3 aylıq fövqəladə vəziyyət elan edilmişdi. Bundan sonra ekstremistlər may ayında monastıra ekskursiyaya gedən kopt xristianlarının olduğu avtobusu güllələmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top