Qətər ərəb ölkələri ilə münasibətlərini bərpa etmək istəyirsə, Liviya və Suriyadakı terrorçuları dəstəkləməkdən imtina etməli və Dohada cinayətkarları gizlətməyi dayandırmalıdır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş deyib. O bildirib ki, Qətərlə əlaqələri kəsən ölkələrin tələbləri bir sıra məsələlərlə, o cümlədən məsələn, Suriya və Liviyada radikalizmin və terror qruplaşmalarının maliyyələşdirilməsi, habelə beynəlxalq persona non-qrantlara kömək edilməsi ilə bağlıdır: “Biz 59 nəfərdən, habelə ABŞ-da axtarılan 14, BMT-də axtarılan 9 və Avropa İttifaqında axtarışda olan 5 nəfərdən ibarət siyahı dərc etdik”. Ə. Qarqaş qeyd edib ki, Doha, həmçinin Fələstinin HƏMAS hərəkatını və “Müsəlman qardaşları”na dəstəyini dayandırmalıdır. Onun sözlərinə görə, son 10 ildə Qətərin “Əl-Cəzirə” telekanalı “Müsəlman qardaşları”nın carçısına çevrilib.