GDU yaradılan İnnovasiyalar Mərkəzi elm və təhsildəki yeni ideyaları dəstəkləyəcək

Gəncə Dövlət Universitetində yaradılan İnnovasiyalar Mərkəzi elm və təhsildəki yeni ideyaları dəstəkləyəcək. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, İnnovasiyalar Mərkəzinin yaradılmasında əsas məqsəd dünyada mövcud olan müxtəlif innovasiyaları mənimsəmək, onları universitetə gətirmək, təşəbbüsləri müxtəlif istiqamətlər üzrə tətbiq və inkişaf etdirmək, həmçinin sənaye sahələrinə tarnsfer etməkdən ibarətdir.
Universitetin əsas binasında fəaliyyətə başlayacaq İnnovasiya Mərkəzində müasir şərait yaradılıb, şöbələr zəruri inventarla və informasiya kommunikasiya texnologiyaları ilə təmin edilib.Mərkəzdə fəaliyyət göstərən kadrlar da müəyyənləşib. Mərkəzin əməkdaşları ABŞ-da, İtaliyada, Yunanıstanda, eləcə də digər Avropa ölkələrində təhsil alan gənclərdən formalaşdırılıb.Həmçinin İnnovasiyalar Mərkəzindəki İKT, Xarici əlaqələr, Nəşriyyat şöbələri və İnformasiya və kompüter xidməti laboratoriyası funksional təyinatı üzrə universitetdə aparılan elmi araşdırma işlərinə öz töhfəsini verəcəkdir.

Vüqar Nəbiyev Gəncə

DİGƏR XƏBƏRLƏR

Top