"Dövlət şirkətlərinin öhdəlikləri büdcə hesabına qarşılanacaq"

"Hökumət 2017-ci ilin büdcəsini dəyişməyə hazırlaşır. Dəyişiklik nəticəsində büdcənin xərcləri 1 milyard manat artacaq və nəticədə nəzərdə tutulan büdcə defisiti 2 dəfədən çox genişlənəcək". "Yeniavaz.com" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, xərclərin artması 1 səbəbdən baş verir: dövlət borclarının və dövlət şirkətlərinin öhdəliklərinin büdcə hesabına qarşılanması: "Parlamentdən verilən açıqlamadan görünür ki, artan xərclər SOCAR-ın layihələrinə və Əmanətlərin Sığortalanması Fondunun ehtiyaclarına yönəldiləcək. Xəbərdən o da ayıdın olur ki, 2017-ci il üzrə xarici borclanma limitinin yuxarı həddi 9 dəfə artırılaraq 500 milyon manatdan 4,5 milyard manata çatdırılır. Buna səbəb avrobondların emissiyası vasitəsilə Beynəlxalq Bankın xarici borclarının dövlətin üzərinə transfer edilməsidi.
Verilən xəbərə görə, 2017-ci ilin büdcə dəyişikliyi nəticəsində artan gəlirlərin bir hissəsi məhz Mərkəzi Bankın mənfəəti hesabına olacaq. Yeri gəlmişkən, büdcə qanunvericiliyinə edilən son dəyişikliyə görə, Mərkəzi Bankın mənfəətindən kapital ehtiyatı yaradılandan sonra artıq qalan hissə dövlət büdcəsinə köçürülməli və yalnız dövlət borclarının qaytarılmasına yönəldilməlidir.
Mərkəzi Bank haqqında qanunun 10-cu maddəsinə görə Bankın nizamnamə kapitalı 500 milyon manatdır və illik mənfəətdən bu məbləğdən az olmayaraq kapital ehtiyatı formalaşdırılır, yerdə qalan hissəsi isə borcların ödənilməsi məqsədilə büdcəyə transfer edilir. Məlumat üçün deyim ki, 2016-cı ilin sonuna Mərkəzi Bankın kapital ehtiyatı formalaşdırıldıqdan sonra mənfəətinin həcmi 4,3 milyard manata yaxın olub.
Göründüyü kimi, hökumət səmərəsiz dövlət sektoruna o qədər nəhəng borc yükünün altına öz çiyinini verib ki, hətta artıq Mərkəzi Bankın mənfəətinin də ünvanlı şəkildə yalnız borcların istifasəsinə yönəldilməsi hüquqi norma kimi qəbul edilib.
Son 2 ilin büdcə siyasəti göstərir ki, hökumət neft dövründə islahat aparmadığı dövlət sektorunun ağır problemlərini postneft dövründə büdcənin xərc prioritetlərində önə çıxarıb. Ağır sosial-demoqrafik problemləri olan ölkədə büdcənin xərc strukturunda sosial xərclərə belə xərclərin şərik çıxması çox qaranlıq gələcək vəd edir..."

DİGƏR XƏBƏRLƏR

Top