ATƏT sədri: "Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll edilməlidir"

Dağlıq Qarabağ münaqişəsinin həllində hər iki tərəfdən gənclərin öldürülməsinə deyil, problemin sülh yolu ilə aradan qaldırılmasına üstünlük verilməlidir. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında ATƏT-in Avstriyadakı mənzil-qəragahının mətbuat xidməti rəhbəri Helen Şpitser bildirib: "ATƏT Minsk Qrupu həmsədrləri ilə birgə biz dəfələrlə bildirmişik ki, atəşkəsin pozulması yolverilməzdir və bu, dinc danışıqlara mane olur".

Onun sözlərinə görə, ATƏT rəhbərliyi öz səlahiyyətləri çərçivəsində bölgədə vəziyyətin gərginləşməsinin qabağını almaq üçün əlindən gələni edir və edəcək: "Biz həmsədrlərin vasitəçilik missiyasının gücləndirilməsini alqışlayır və onların problemin aradan qaldırılmasında daha çevik siyasət yeritmə cəhdlərini dəstəkləyirik. Həmsədrlərin bölgədə olan vəziyyətə münasibəti ATƏT rəhbərliyinin mövqeyi ilə üst-üstə düşür".

DİGƏR XƏBƏRLƏR

Top