Balakəndə narkotik bitkiləri əkib becərən şəxs saxlanılıb-VİDEO

Balakəndə külli miqdarda narkotik bitkiləri əkib becərən şəxs tutulub. Balakən Rayon Polis Şöbəsindən verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. Tədbir nəticəsində rayonun Qullar kənd sakini, 1970-ci il təvəllüdlü Bayram Şəmsəddin oğlu Əmraliyevə məxsus həyətyanı sahədə yarımçıq tikilidə 10 ədəd müxtəlif formada olan qablarda kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən ümumi sayı 126 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə bitkisinin kolları aşkarlanaraq götürülüb. Götürülmüş vəsait maddi sübut kimi istintaqa təhvil verilib. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır. Ruslan Abdulov Zaqatala

Narkotik balakən

DİGƏR XƏBƏRLƏR

Top