“Türk axını” yalnız “Qazprom”un vəsaiti hesabına reallaşdırla bilər

“Türk axını” qaz kəməri layihəsinə investisiyaların qiymətləndirilməsi 6 milyard dollar təşkil edir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu “Qazprom” şirkətinin İdarə Heyətinin sədr müavini Andrey Kruqlov deyib. Onun sözlərinə görə, bununla yanaşı, layihə yalnız “Qazprom”un vəsaitləri hesabına həyata keçirilə bilər. A. Kruqlov bildirib: “Türk axını”na planlaşdırılan investisiyaların həcmi təxminən 6 milyard dollar təşkil edir. Layihənin maliyyələşdirilməsinə gəlincə, biz demişik ki, “Türk axını”nın dəniz hissəsinin maliyyələşdirilməsi üçün bu cür imkan mövcuddur”. Buna baxmayaraq, biz planlaşdırmışıq ki, “Türk axını” yalnız “Qazprom”un vəsaitləri hesabına reallaşdırıla bilər”.

Qeyd edək ki, “Türk axını” layihəsi qaz kəmərinin Qara dəniz vasitəsilə Türkiyənin Avropa hissəsinədək və ardınca Yunanıstan sərhədinədək tikintisini nəzərdə tutur. Boru kəmərinin dəniz hissəsinin uzunluğu təqribən 910 kilometr, Türkiyə ərazisi üzrə quru hissəsinin uzunluğu isə 180 kilometr təşkil edəcək. Qaz kəmərinin birinci xətti Türkiyə bazarı, ikinci xətti isə Cənub və Cənub-Şərqi Avropa ölkələrinin qaz təchizatı üçün nəzərdə tutulub. Hər bir xəttin gücü ildə 15,75 milyard kubmetr qazdır.

DİGƏR XƏBƏRLƏR

Top