Dağkəsəmən kənd sakini həyətini selin basdığını, bələdiyyə sədri isə yalan olduğunu deyir VİDEO

Ölkədə müşahidə olunan yağışlı hava səbəbindən Ağsatafa rayonun Dağkəsəmən kəndində bir nəfərin həyətini sel basıb. "Yeniavaz.com" xəbər verir ki, bu barədə Ağstafa rayonun Dağkəsəmən kənd sakini məlumat verib. Şikayətçi həyətini sel basdığını və aidiyyatı orqanların məsələ ilə bağlı maraqlanmadıqlarını deyir: "Bizim küçədə yolun altından suyun axması üçün yer qoyublar. Yolun qarşısında ev tikiblər və evin həyətinin səviyyəsini qaldırıblar. Sel gəlib yolun altından keçməlidir. Lakin keçə bilmir. Srağagün və bu gün sel gəlib bütün həyətimizi sel basıb. Bütün günü ailə-uşaqla arabayla palçıq daşımışıq. Kənd sovetinə də demişik, bələdiyyəyə də demişik. Ancaq gəlib baxan yoxdur".

Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Bayramov Arizlə əlaqə saxladıq. Sədr bildirdi ki, Dağkəsəmən kəndində heç biri həyəti sel basmayıb, yalan söhbətdir: "Sel küçədən gedir. Orada da təmir-abadlıq işləri aparılıb, heç bir problem də yoxdur. İcra Hakimiyyətinin nümayəndələri də orada olub. Yolu sel bərbad hala salmışdı və o da bərpa olundu. Heç bir həyətə su daxil olmayıb, yalan söhbətdir".

Kənd sakinlərinin lentə aldığı görüntüləri sizə təqdim edirik.

Ruzbeh Məmməd

sel video

DİGƏR XƏBƏRLƏR

Top