Şoyqunun təyyarəsinə yaxınlaşan qırıcının ölkə mənsubiyyəti məlum olub

Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsinin qarşısını kəsməyə çalışan “F-16” qırıcıları Polşa Hərbi Hava Qüvvələrinə məxsus olub. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, Polşanın növbətçi iki qırıcısı Rusiyaya məxsus “Su-27” qırıcılarının müşayiət etdiyi “Tu-154” təyyarəsinə müdaxilə etmək üçün havaya qalxıb. Polşa Müdafiə Nazirliyinin bəyanatına əsasən, “F-16”nın pilotlarının hərəkəti NATO-nun standartlarına uyğun olub: “Belə ki, beynəlxalq hava məkanında xarici təyyarələrin müşayiəti halında nəzərdə tutulmuş addım olub”.

Xatırladaq ki, iyunun 21-də “F-16” qırıcı təyyarəsi Baltik dənizin neytral suları üzərində Rusiya müdafiə naziri Sergey Şoyqunun göyərtəsində olduğu təyyarəyə yaxınlaşmağa cəhd edib, lakin S. Şoyqunun təyyarəsini müşayiət edən “Su-27” qırıcıları NATO təyyarəsini uzaqlaşdırıblar.

DİGƏR XƏBƏRLƏR

Top